Bu il Azərbaycanda 98 ixtiraya patent verilib 

Bu il Azərbaycanda 98 ixtiraya patent verilib  Cari ilin on ayı ərzində sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üçün Əqli Mülkiyyət Agentliyinə 107 ixtira, 16 faydalı model, 24 sənaye nümunəsi və 2814 əmtəə nişanı üzrə iddia sənədləri daxil olub.
Elm və təhsil
29 Noyabr , 2021 12:40
Bu il Azərbaycanda 98 ixtiraya patent verilib 
0 : 00
0 : 00

Bu ilin on ayı ərzində sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üçün Əqli Mülkiyyət Agentliyinə 107 ixtira, 16 faydalı model, 24 sənaye nümunəsi və 2814 əmtəə nişanı üzrə iddia sənədləri daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq agentlikdən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin ilk 10 ayı ərzində agentlik tərəfindən 98 ixtira, 21 faydalı model və 27 sənaye nümunəsinə patent, 2173 əmtəə nişanına şəhadətnamə verilib.

Son xəbərlər

Orphus sistemi