AMEA-nın magistratura pilləsinə 19 ixtisas üzrə 56 nəfər qəbul olunub

AMEA-nın magistratura pilləsinə 19 ixtisas üzrə 56 nəfər qəbul olunub Yaxın günlərdə AMEA prezidenti Akif Əlizadənin magistrlarla görüşü gözlənilir
Elm və təhsil
5 Sentyabr , 2016 19:08
AMEA-nın magistratura pilləsinə 19 ixtisas üzrə 56 nəfər qəbul olunub

Bakı. 5 sentyabr. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin binasında 2016-2017-ci tədris ili üzrə Akademiyanın magistratura pilləsində təhsillə bağlı fəaliyyət planı müzakirə olunub.

Akademiyadan “Report”a verilən məlumata görə, iclasda Təhsil şöbəsinin rəisi, Elmi-analitik şöbəsinin rəis müavini, elmi müəssisələrin təhsil şöbələrinin rəhbərləri və magistraturada təhsilin təşkilinə bilavasitə məsul olan şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA Təhsil şöbəsinin rəisi Ömər Gülalov açaraq Akademiyanın magistratura pilləsində təhsillə bağlı fəaliyyət planı barədə məlumat verib. 

Şöbə rəisi vurğulayıb ki, bu il magistratura pilləsinə qəbulda ən böyük rəqabət Akademiyada müşahidə olunub. Yaxın günlərdə AMEA prezidenti, akademik Akif Əlizadənin magistrlarla görüşü gözlənilir.

Sonra AMEA-nın Elmi analitik şöbəsinin rəis müavini Hüseyn Hüseynov çıxış edərək, 2016-2017-ci tədris ilində Akademiyada magistratura pilləsinə 19 ixtisas üzrə 56 nəfərin qəbul olunduğunu bildirib: "AMEA-da magistratura təhsilini həyata keçirən elmi müəssisələr Elm və Təhsil İdarəsi tərəfindən bütün normativ sənədlərlə təmin ediləcəklər."

Son xəbərlər

Orphus sistemi