Bu il 94 nəfər xaricdə doktoranturada təhsil almaq hüququ əldə edib

Bu il 94 nəfər xaricdə doktoranturada təhsil almaq hüququ əldə edib “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ildə keçirilən müsabiqələr nəticəsində 94 nəfər prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabı
Elm və təhsil
30 dekabr 2021 07:50
Bu il 94 nəfər xaricdə doktoranturada təhsil almaq hüququ əldə edib

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ildə keçirilən müsabiqələr nəticəsində 94 nəfər prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına beynəlxalq reytinq cədvəlləri üzrə (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) top 500-lükdə yer alan aparıcı elm mərkəzlərində təhsil almaq hüququ qazanıb.

"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

Qeyd olunub ki, hazırda Dövlət Proqramı çərçivəsində 6 prioritet ixtisas istiqaməti üzrə dünyanın 20 ölkəsinə aid nüfuzlu 62 ali təhsil müəssisində 127 doktorant təhsil almaqdadır.

Son xəbərlər

Orphus sistemi