Bu il 14 universitetdə Azərbaycan multikulturalizmi tədris olunacaq

Bu il 14 universitetdə Azərbaycan multikulturalizmi tədris olunacaq Etibar Nəcəfov: "Azərbaycanda multikulturalizmi tədris edəcək mütəxəssislərə ehtiyac var"
Elm və təhsil
16 Aprel , 2015 19:53
Bu il 14 universitetdə Azərbaycan multikulturalizmi tədris olunacaq

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycanda multikulturalizmi tədris edəcək mütəxəssislərə ehtiyac var. "Report" xəbər verir ki, bunu jurnalistlərlə görüşdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirləri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov deyib.

O bildirib ki, dünyanın müxtəlif yerlərində Azərbaycan multikulturalizmi ilə bağlı birbaşa mühazirələr keçirilir: "Bu il 7 yerli, 7 xarici universitetdə Azərbaycan multikulturalizmi tədris olunacaq. Bu işlə bağlı məsələlər Mərkəzimizə həvalə edilib. Bu fənni tədris etmək üçün həm xarici dili yaxşı bilən, həm də ixtisas sahibi olan mütəxəssislərə ehtiyac var. Mütəxəssislər Mərkəzə müraciət edərək məsələ ilə bağlı ətraflı məlumat ala bilərlər".

Son xəbərlər

Orphus sistemi