Bu həftədən DİM-in hazırlıq kursları fəaliyyətə başlayır

Bu həftədən DİM-in hazırlıq kursları fəaliyyətə başlayır
Elm və təhsil
979
2 Aprel , 2018 15:07
Bu həftədən DİM-in hazırlıq kursları fəaliyyətə başlayır

Bakı. 2 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 4-dən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, ingilis dili, riyaziyyat, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları fəaliyyətə başlayacaq. 

Mərkəzdən "Report"a verilən məlumata görə, kurslarda müvafiq fənlər üzrə qeydiyyatdan keçmiş şəxslər iştirak edəcəklər. 

Kursun müddəti 2 aydır. Hazırlıq kursunun qiyməti 100 manatdır. IV kurs tələbələri və magistrlar üçün iştirak ödənişsizdir. Xatırladaq ki, hazırlıq kursları üçün qeydiyyat prosesi bu ilin yanvar ayının 8-dən martın 30-na kimi davam edib.

Kurslar aşağıdakı qrafik üzrə fəaliyyət göstərəcək.

Hazırlıq kurslarının qrafiki (2017/2018-ci tədris ili üçün):

Fənnin adıHəftənin günüBaşlanma vaxtı
1İngilis diliI09:00
2Azərbaycan diliI15:00
3KimyaII09:00
4FizikaIII09:00
5Rus diliIII12:00
6BiologiyaIV09:00
7TarixIV11:00
8CoğrafiyaV09:00
9RiyaziyyatV11:00

Hazırlıq kurslarının keçirildiyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı.

Son xəbərlər