Bu günə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 40 minə yaxın sorğu yerləşdirilib

Bu günə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 40 minə yaxın sorğu yerləşdirilib Bakı. 12 aprel. REPORT.AZ/ Bu günə qədər elektron sistem mektebeqebul.edu.az vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 40 000-ə yaxın sorğu yerləşdirilib.
Elm və təhsil
12 Aprel , 2018 11:17
Bu günə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 40 minə yaxın sorğu yerləşdirilib
Report

Bakı. 12 aprel. REPORT.AZ/ Bu günə qədər elektron sistem mektebeqebul.edu.az vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 40 000-ə yaxın sorğu yerləşdirilib.

Bu barədə “Report”a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Eyni zamanda, I sinfə mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qeydiyyat prosesi müddətində İdarəyə (Alternativ Qeydiyyat Mərkəzləri ilə birgə) 3 000-dən çox vətəndaş müraciəti daxil olub.

Belə ki, ötən müddətdə birinci sinfə şagird qəbulu ilə bağlı BŞTİ-yə 1 345 ərizə və 40 məktub ünvanlanıb. 151 vətəndaş müvafiq məsələlərlə bağlı qəbul edilib. Daxil olan telefon zəngləri də operativ şəkildə cavablandırılıb.

Hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən valideynlərə kömək üçün yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə isə 1 312 müraciət daxil olub.

Qeyd edək ki, fevralın 22-dən sentyabrın 15-dək olan müddəti əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi