Bu gündən səmada planetlərin paradı başlayır

Bu gündən səmada planetlərin paradı başlayır Kosmik hadisənin ən maraqlı görüntüsünü yanvarın 31-də saat 07:00-dan sonra müşahidə etmək mümkün olacaq
Elm və təhsil
189
25 Yanvar , 2016 10:40
Bu gündən səmada planetlərin paradı başlayır

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gündən etibarən səmada planetlərin düzülüşü başlayır. 

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, yanvarın 27-də Yer kürəsinin təbii peyki olan Ay öz yerini dəyişəcək, yanvarın 28-də isə artıq Yupiterin yanında olacaq: "Planetlərin düzülüşü yanvarın 29-da görünsə də bu kosmik hadisənin ən maraqlı görüntüsünü yanvarın 31-də saat 07:00-dan sonra müşahidə etmək mümkün olacaq. Belə ki, göydə ardıcıllıq üzrə Yupiter, Ay, Mars, Saturn, Venera, Merkuri düzüləcək".

X.Mikayılov qeyd edib ki, səmada göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcəklər: "Günəş çıxdıqdan sonra onun işıltısı planetlərin görüntüsünü itirəcək. Bir sırada düzüldüyünə görə çoxları bunu "parad" kimi qəbul edir". 

Son xəbərlər

Orphus sistemi