Məktəbəhazırlıq qruplarına 90 mindən çox uşaq cəlb olunub - YENİLƏNİB

Məktəbəhazırlıq qruplarına 90 mindən çox uşaq cəlb olunub - YENİLƏNİB Bu gündən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi başlayacaq.
Elm və təhsil
3 Oktyabr , 2022 14:30
Məktəbəhazırlıq qruplarına 90 mindən çox uşaq cəlb olunub - YENİLƏNİB

2022-2023-cü tədris ilində ölkə üzrə ümumilikdə 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, oktyabrın 3-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir.

06:00

Bu gündən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi başlayacaq.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Oktyabrın 1-i və 2-si şənbə-bazar gününə təsadüf etdiyindən məktəbəhazırlıq qruplarında tədris prosesinin başlamasının tarixi dəyişib.

Son xəbərlər

Orphus sistemi