Bu gündən kolleclərin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayır

Bu gündən kolleclərin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayır Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər
Elm və təhsil
6 Sentyabr , 2017 09:17
Bu gündən kolleclərin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayır
Report

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gündən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, abituriyentlər sentyabrın 6‑dan 13‑dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.

Son xəbərlər

Orphus sistemi