Bu gündən kolleclərə sənəd qəbulu başlayır

Bu gündən kolleclərə sənəd qəbulu başlayır Bu gündən tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu başlayır.
Elm və təhsil
12 May , 2020 08:00
Bu gündən kolleclərə sənəd qəbulu başlayır

Bu gündən tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu başlayır.

"Report" xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.

Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.

Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilən buraxılış imtahanında (I mərhələ) iştirak edən 4 000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

Son xəbərlər

Orphus sistemi