Bakı. 16 iyun. REPORT.AZ/
"Report" xəbər verir ki, şagirdlər imtahana "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15:00 -da başlayır.
Xatırladaq ki, IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi yaradılıb. Bu gün 21 171 nəfər (Xocavənddə 74, İmişlidə 1239, Füzulidə 715, Beyləqanda 1096, Şirvanda 971, Hacıqabulda 715, Sabirabadda 2141, Biləsuvarda 1330, Neftçalada 854, Salyanda 1505, Saatlıda 1008, Lənkəranda 2121, Astarada 1226, Lerikdə 715, Yardamlıda 824, Cəlilabadda 2420, Masallıda 2217) 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb. Bu gün 18 113 (Xocavənddə 46, İmişlidə 1256, Füzulidə 711, Beyləqanda 938, Şirvanda 751, Hacıqabulda 695, Sabirabadda 2054, Biləsuvarda 1168, Neftçalada 688, Salyanda 1149, Saatlıda 760, Lənkəranda 1966, Astarada 997, Lerikdə 542, Yardımlıda 830, Cəlilabadda 1858, Masallıda 1704) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 219 imtahan rəhbəri, 1798 nəzarətçi-müəllim ayrılıb.