Bu gün kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır

Bu gün kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır Abituriyentin qeydiyyatdan keçməməsi onun qəbul olunanlar siyahısından xaric edilməsi deməkdir
Elm və təhsil
21 Avqust , 2017 09:55
Bu gün kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır
Report

Bakı. 21 avqust. REPORT.AZ/ Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün saat 17:00-da başa çatır. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, abituriyentlər tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və o, qəbul olunanlar siyahısından xaric edilir.

Son xəbərlər

Orphus sistemi