Buraxılış imtahanları başa çatıb- YENİLƏNİB - 2

Buraxılış imtahanları başa çatıb- YENİLƏNİB - 2 Azərbaycanda 9 və 11-ci siniflər üzrə buraxılış (qəbul) imtahanları başa çatıb.
Elm və təhsil
3604
10 İyun , 2020 13:02
Buraxılış imtahanları başa çatıb- YENİLƏNİB - 2
Report/Firudin Səlimov

Azərbaycanda 9 və 11-ci siniflər üzrə buraxılış (qəbul) imtahanları başa çatıb.

“Report” xəbər verir ki, imtahanlar ölkənin 39 şəhər və rayonunda ümumilikdə 197 imtahan binası, 3 284 imtahan zalında keçirilib.


*** 11:00

Azərbaycanda şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları başlayıb.

“Report” xəbər verir ki, imtahanlar ölkənin 39 şəhər və rayonunda ümumilikdə 197 imtahan binası, 3 284 imtahan zalında keçirilir. 

İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4 266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi cəlb olunub. 


*** 07:44

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

“Report” xəbər verir ki, imtahanlarda 25 min 597 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanlar respublikanın 39 şəhər və rayonunda keçiriləcək. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Son xəbərlər

Orphus sistemi