Bu gün Bakıda 60 minə yaxın şagird buraxılış imtahanı verəcək

Bu gün Bakıda 60 minə yaxın şagird buraxılış imtahanı verəcək IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır
Elm və təhsil
2 İyun , 2015 09:00
Bu gün Bakıda 60 minə yaxın şagird buraxılış imtahanı verəcək

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək. "Report" xəbər verir ki, paytaxtda fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.

IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır. Şagirdlər imtahana gələrkən özləri ilə "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

Xatırladaq ki, Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 76 imtahan mərkəzi yaradılıb.

Bu gün Bakı şəhərində 31 490 (Nərimanov rayonunda 2 403, Səbail rayonunda 1 641, Yasamal rayonunda 2 754, Nəsimi rayonunda 2 245, Nizami rayonunda 2 521, Binəqədi rayonunda 3 855, Sabunçu rayonunda 4 503, Xətai rayonunda 3 708, Suraxanı rayonunda 2 878, Xəzər rayonunda 2 750, Qaradağ rayonunda 2 043 nəfər, Pirallahı rayonunda 189) şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi yaradılıb. Belə ki, Bakı şəhəridə 24 408 (Nərimanov rayonunda 2 050, Səbail rayonunda 1 524, Yasamal rayonunda 2 337, Nəsimi rayonunda 1 706, Nizami rayonunda 2 189, Binəqədi rayonunda 3 169, Sabunçu rayonunda 2 753, Xətai rayonunda 3 214, Suraxanı rayonunda 2 107, Xəzər rayonunda 1 846, Qaradağ rayonunda 1 383 nəfər, Pirallahı rayonunda 130) şagirdin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi-müəllim ayrılıb.

Son xəbərlər

Orphus sistemi