Bu gün 2 997 nəfər MİQ imtahanında iştirak edəcək

Bu gün 2 997 nəfər MİQ imtahanında iştirak edəcək Avqustun 21-də musiqi və fiziki tərbiyə fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.
Elm və təhsil
21 Avqust , 2020 09:32
Bu gün 2 997 nəfər MİQ imtahanında iştirak edəcək

Avqustun 21-də musiqi və fiziki tərbiyə fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

Təhsil Nazirliyindən "Report"a bildirilib ki, imtahanlarda 2 997 namizədin iştirakı nəzərdə tutulub. 

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Son xəbərlər

Orphus sistemi