BSU-nun Mətbuat və informasiya mərkəzinin müdiri vəzifəsinə təyinat olub

BSU-nun Mətbuat və informasiya mərkəzinin müdiri vəzifəsinə təyinat olub Zeynəb Kazımova Bakı Slavyan Universitetinin yeni yaradılmış Mətbuat və informasiya mərkəzinin müdiri təyin edilib.
Elm və təhsil
4294
12 May , 2022 12:03
BSU-nun Mətbuat və informasiya mərkəzinin müdiri vəzifəsinə təyinat olub
Zeynəb Kazımova

Zeynəb Kazımova Bakı Slavyan Universitetinin (BSU) yeni yaradılmış Mətbuat və informasiya mərkəzinin müdiri təyin edilib.

"Report"un xəbərinə görə, bu barədə o, feysbuk səhifəsində paylaşım edib.

"Bakı Slavyan Universitetinin yeni yaradılmış Mətbuat və informasiya mərkəzi həm sözügedən ali təhsil ocağının media ilə əlaqələrini, həm BSU TV və radiosunun fəaliyyətini, həm də bu Mərkəzin iş planına uyğun olaraq, müvafiq layihə və təlimləri koordinasiya edəcək. Bu fəaliyyətin peşəkar və yüksək səviyyədə həyata keçirilməsi üçün əziz həmkarlarım, media nümayəndələri - sizinlə əməkdaşlığımız, ünsiyyətimizin hər zamankı kimi yüksək səviyyədə olacağına əminəm. Bundan əvvəlki qurumlarda olduğu kimi, burada da təmsil etdiyim qurumun nüfuzunun qorunması, media ilə işin yüksək səviyyədə qurulması, işə peşəkarlıqla və vicdanla yanaşılması prinsiplərinə sadiq qalıram. Hər zamankı kimi, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə, vicdanla gələrək, xalqıma, dövlətimə faydalı olmağı davam etdirəcəyəm", - Z.Kazımova qeyd edib.

Qeyd edək ki, o, vaxtilə Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində, Dövlət Gömrük Komitəsinin Akademiyasında, Hesablama Palatasında çalışıb.

Son xəbərlər

Orphus sistemi