BŞTİ təhsilsiz direktor müavini ilə bağlı daha bir açıqlama verib

BŞTİ təhsilsiz direktor müavini ilə bağlı daha bir açıqlama verib Bakı şəhəri R. Əliyev adına 3 nömrəli tam orta məktəbin orta təhsili və attestatı olmayan təsərrüfat işləri üzrə direktor müavini İsmət Yusifovanı işdən azad etmək direktorun səlahiyyətinə aiddir.
Elm və təhsil
17 May , 2022 11:27
BŞTİ təhsilsiz direktor müavini ilə bağlı daha bir açıqlama verib

Bakı şəhəri R. Əliyev adına 3 nömrəli tam orta məktəbin orta təhsili və attestatı olmayan təsərrüfat işləri üzrə direktor müavini İsmət Yusifovanı işdən azad etmək direktorun səlahiyyətinə aiddir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüquqlarına aiddir:

“Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan işçilərlə bağlanmış əmək münasibətlərini tənzimləmək səlahiyyəti işəgötürən olaraq məktəb direktorunun səlahiyyətlərinə daxildir”.

Xatırladaq ki, məktəbin direktoru Almaz Həsrət direktor müavininin işdən azad olunması ilə bağlı heç bir addım atılmadığını bildirmişdi.

BŞTİ isə attestatsız şəxsin məktəb direktorunun müavini vəzifəsinə təyin edilməsilə bağlı araşdırma aparıldığını bildirmişdi.

Qeyd edək ki, 3 nömrəli məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Qədir qızı Yusifova 01.09.2004-cü ildə işə qəbul edilib. Orta təhsili olmadığı halda hələ də direktor müavini vəzifəsini icra edir.

Son xəbərlər

Orphus sistemi