"Prezident
Bu barədə "Report"a idarədən məlumat verilib.
Əmrə əsasən, təhsil müəssisələrində milli-mənəvi dəyərlər, ümummilli lider
“Mütaliəni həyat tərzinə çevirək” devizi ilə şagirdlərin bədii, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat nümunələrinin oxunmasına həvəsləndirilməsi məqsədilə kitabxana xətti ilə bədii əsərlərin mütaliəsi və müzakirəsi təşkil olunacaq.
Bundan əlavə,
Həmçinin Azərbaycanın inkişafına və dünyada təbliğinə böyük töhfələr vermiş şəxslər və tarixdə iz qoymuş ziyalıların təbliği ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilinə dair broşürlər, videoçarxlar hazırlanacaq.
Eyni zamanda təhsil müəssisələrində Azərbaycan idmançılarının olimpiya oyunlarında, dünya və Avropa birinciliklərində qazandıqları qələbələrin təbliği məqsədilə görüşlər, təqdimatlar keçiriləcək.
Qeyd olunan tədbirlərin keçirilməsi ölkə Prezidentinin tövsiyələrinə uyğun olaraq təhsil müəssisələrində tərbiyə işini təkmilləşdirmək, təhsil alanları milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda ölkəmizin tarixinə, mədəniyyətinə bağlılıq, fəal vətəndaş mövqeyinin formalaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə nail olmaq məqsədlərinə xidmət edir.