BŞTİ müdiri: "Son günlər Bakıda yağan yağış nəticəsində davamiyyət ciddi şəkildə zəifləməyib"

BŞTİ müdiri: "Son günlər Bakıda yağan yağış nəticəsində davamiyyət ciddi şəkildə zəifləməyib" "Şagirdlərin dərsə davamiyyəti məsələsi hər zaman diqqət mərkəzindədir"
Elm və təhsil
6 Oktyabr , 2017 11:38
BŞTİ müdiri: Son günlər Bakıda yağan yağış nəticəsində davamiyyət ciddi şəkildə zəifləməyib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva / Report

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Son günlər paytaxt Bakıda yağmurlu hava şəraiti zamanı ümumitəhsil müəssisələrində dərsə davamiyyətin aşağı düşməsi ilə bağlı bizə heç bir müraciət daxil olmayıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, şagirdlərin dərsə davamiyyəti məsələsi hər zaman diqqət mərkəzindədir: "Bu problem ən çox soyuq aylarda yolların buz bağlaması və ya yollarda yaranan çətinlik zamanı müşahidə olunur. Hazırkı vəziyyətdə yağan yağış nəticəsində davamiyyət ciddi şəkildə zəifləməmişdi".

Son xəbərlər

Orphus sistemi