Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb

Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb “Distant təhsil sistemi dövründə istilik məsələsi elə də gündəmdə deyildi. Amma fevralın 1-dən etibarən məktəblərdə dərslərin bərpası səbəbindən bu məsələ də bizim diqqətimizdədir. İstiliklə bağlı monitorinqlər aparılıb. Onu deyə bilərəm ki, məktəblər təh
Elm və təhsil
27 Yanvar , 2021 11:56
Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb

“Distant təhsil sistemi dövründə istilik məsələsi elə də gündəmdə deyildi. Amma fevralın 1-dən etibarən məktəblərdə dərslərin bərpası səbəbindən bu məsələ də bizim diqqətimizdədir. İstiliklə bağlı monitorinqlər aparılıb. Onu deyə bilərəm ki, məktəblər təhsil üçün hazırdır. Cari problemlər də aradan qaldırılır”.

“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda deyib.

O qeyd edib ki, məktəblərdə avqust ayından olan təcrübələrə əsasən tədris prosesi qurulacaq: “Fevralın 1-dən hibrid tədrisi yenidən tətbiq ediləcək. əyani dərslərlə yanaşı distant formada da təhsil davam etdiriləcək. Bakı məktəblərində fevral ayının 1-dən 274 məktəbdə 1092 sinif, 27 122 uşaq əyani məktəqədər təhsilə başlayacaq. Eyni zamanda 182 018 şagird I-IV siniflərdə əyani təhsilə davam edəcək".

Son xəbərlər

Orphus sistemi