BŞTİ: "İşıq və qazın qiymətinin differensiallaşdırılması məktəblərin istiliklə təchizatına təsir göstərəcək"

BŞTİ: "İşıq və qazın qiymətinin differensiallaşdırılması məktəblərin istiliklə təchizatına təsir göstərəcək" Məhəbbət Vəliyeva: "Yəqin ki, bununla bağlı büdcədən əlavə vəsait ayrılacaq"
Elm və təhsil
6 Dekabr , 2016 14:11
BŞTİ: İşıq və qazın qiymətinin differensiallaşdırılması məktəblərin istiliklə təchizatına təsir göstərəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ "Tarif Şurasının işıq və qazın qiymətinin differensiallaşdırılması barədə qərarı məktəblərin istiliklə təchizatına təsir göstərəcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib. 

M.Vəliyeva qeyd edib ki, müvafiq təşkilatlar büdcədən bu sahəyə ayrılması nəzərdə tutulan ödənişlərlə bağlı bəzi məsələləri nəzərə alacaqlar.

O bildirib ki, idarənin əsas işi məktəblər üçün lazımi şəraitin yaradılmasıdır: "Bu gün Bakı məktəblərinin istiliklə bağlı problemləri demək olar yoxdur. Çox kiçik problemlər olur ki, bu da vaxtında aradan qaldırılır. Qiymətlərin artırılması təbii ki, məktəblərə də təsir göstərəcək. Lakin bu məsələdə müvafiq təşkilatlar öz öhdəliklərini nəzərə alaraq işlərini görəcəklər. Çünki bu, birbaşa bizə aid deyil. Yəqin ki, bununla bağlı büdcədən əlavə vəsait ayrılacaq".

Son xəbərlər

Orphus sistemi