BŞTİ direktor müavini olmaq istəyənlərə müraciət edib

BŞTİ direktor müavini olmaq istəyənlərə müraciət edib Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə nəticəsində tutulmayan və sonrad
Elm və təhsil
14 Oktyabr , 2021 14:24
BŞTİ direktor müavini olmaq istəyənlərə müraciət edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə nəticəsində tutulmayan və sonradan yaranan vakant yerlər üzrə əlavə müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub.

İdarədən "Report"a verilən məlumata görə, mövcud vakant yerlər əsasən Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu və Suraxanı rayonlarında yerləşən ümumi təhsil müəssisələrini əhatə edir.

Müsabiqənin test mərhələsində 25 baldan yuxarı nəticə göstərən və birinci müsahibə mərhələsində iştirak etməyən namizədlərlə əlaqə saxlanaraq müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müvafiq kriteriyalara cavab verən namizədlərlə hər hansı səbəbdən əlaqə saxlanılması mümkün olmasa, həmin namizədlər [email protected] email ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqənin ilkin nəticələrinə əsasən, 77 nəfər müvafiq vəzifələrə təyin olunub.

Son xəbərlər

Orphus sistemi