BP-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində master klass keçib

BP-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində master klass keçib Bakı. 14 dekabr. REPORT.AZ/ BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Mühəndislər üçün biznes təhsili” layihəsinin iştirakçıları üçün master klass keçib.
Elm və təhsil
14 Dekabr , 2018 10:39
BP-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində master klass keçib
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Mühəndislər üçün biznes təhsili” layihəsinin iştirakçıları üçün master klass keçib. 

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

O, gələcəyin mühəndislərinə neft-qaz, enerji geosiyasətindən danışıb, bu istiqamətdə Azərbaycanın yaxın ölkələrlə olan münasibətlərinin analizini verib. Master klass zamanı Bəxtiyar Aslanbəyli həmçinin tələbələrə Azərbaycanın neft-qaz sektoruna qoyulan investisiyalardan, enerji bazarlarının diversifikasiyasından bəhs edib, neft və qaz bizneslərinin fərqini açıqlayıb.

Master klasın sonunda vitse-prezident tələbələrin çoxsaylı suallarını cavablandırıb, həmçinin müxtəlif fikir mübadiləsi aparıb.

Qeyd edək ki, BANM-da həyata keçirilən “Mühəndislər üçün biznes təhsili” layihəsinə qoşulmaq üçün ölkənin bir çox universitetində mühəndislik üzrə təhsil alan tələbələrin müraciəti əsasında seçim edilmişdir. Seçim prosesindən uğurla keçən tələbələrə Təqdimat və kommunikasiya bacarığı, Layihələrin idarə edilməsi, Vaxtın idarə edilməsi və effektivlilik, Liderlik, Risklərin idarə edilməsi, Maliyyənin əsasları: Büdcə və xərclərə nəzarət, İnsan resurslarının idarə olunması kimi təlimlər keçirilmişdir. 

Son xəbərlər

Orphus sistemi