Bakı. 20 may. REPORT.AZ/ Bu gün Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Bakı Slavyan Universitetində qonaq olub. "Report" xəbər verir ki, görüş çərçivəsində fəxri qonaq BSU-da fəaliyyət göstərən Bolqar dili və mədəniyyəti mərkəzi, o cümlədən mərkəzin kitabxanası ilə tanış olub, kitabxanaya yeni kitab hədiyyə edib.
BSU-nun rektoru, professor
Rektor BSU-nun Bolqarıstanın aparıcı elm və təhsil mərkəzləri ilə sıx əməkdaşlığından danışıb: "Bolqarıstanın Sofiya Universitetində 2013-cü ildə Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılıb. Bolqar tələbələr sevə-sevə Azərbaycan dilini öyrənməyə maraq göstərirlər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə Sofiya Universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir".
Marqarita Popova Bolqarıstanla Azərbaycan arasındakı siyasi-mədəni əlaqələrdən söhbət açıb, azərbaycanlı tələbələrin bolqar dili və mədəniyyətini belə tez və mükəmməl mənimsəməsinə, bu dilə göstərilən hörmət və qayğıya heyran qaldığını xüsusilə vurğulayıb. O, Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söhbət açıb, sülhə nail olmaq üçün birgə işləməyin vacibliyini söyləyib. Bildirib ki, təhlükəli tendensiyalara qarşı birgə mövqedən çıxış etmək üçün hər zaman diqqətli olmaq lazımdır.
Tədbirdə Bolqarıstan parlamentinin millət vəkili Həmid Həmidovun "Müasir Bolqarıstanın etnik modeli" mövzusunda məruzəsi dinlənilib.
Qarşılıqlı maraq doğuran görüşün sonunda Marqarita Popova BSU-nun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb, xatirə şəkli çəkdirib.

