​Bolqarıstanın Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlanılıb

​Bolqarıstanın Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlanılıb İlk dərs Xocalı faciəsinə həsr edilib
Elm və təhsil
26 Fevral , 2016 18:09
​Bolqarıstanın Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlanılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində adıçəkilən fənnin növbəti dəfə tədrisinə başlanılıb.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib.

"Klassik və müasir fiilologiya" fakültəsində keçirilən fənni sözügedən universitetin Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Shigayeva-Mitreska tədris edir. 2016-cı ilin yaz semestrinin sonunadək tədrisi nəzərdə tutulan "Azərbaycan multikulturalizmi" fənninin ilk dərsi Xocalı faciəsinə həsr edilib, tələbələrə bu soyqırımla bağlı ətraflı məlumat verilib, faciəni əks etdirən film nümayiş etdirilib. 

Son xəbərlər

Orphus sistemi