Bölgələrdə yaşayan gənclərin dövlət qulluğuna marağını artırmaq üçün yeni layihə hazırlanıb

Bölgələrdə yaşayan gənclərin dövlət qulluğuna marağını artırmaq üçün yeni layihə hazırlanıb Azərbaycanın bölgələrində yaşayan gənclərin dövlət qulluğuna marağını artırmaq üçün yeni layihə hazırlanıb.
Elm və təhsil
18 Noyabr , 2019 18:11
Bölgələrdə yaşayan gənclərin dövlət qulluğuna marağını artırmaq üçün yeni layihə hazırlanıb

Azərbaycanın bölgələrində yaşayan gənclərin dövlət qulluğuna marağını artırmaq üçün yeni layihə hazırlanıb.

“Report” xəbər verir ki, “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin müəllifi olduğu “Region gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihə Dövlət İmtahan Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.

Bu çərçivədə Mingəçevir və Gəncədə təlim keçirilib. Ümumilikdə, 120-yə yaxın region gəncinin iştirakı ilə baş tutan təlimlərdə dövlət qulluğu, qulluğa qəbul, bu sahədə mövcud qanunvericilik, gənclərin peşə seçimi, dövlət qulluğuna hazırlaşmaq metodikası, Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla bağlı həyata keçirdiyi yeniliklər, dövlət qulluğunun üstünlükləri, DİM-in saytından istifadə qaydaları gənclərə ətraflı öyrədilib.

Təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşı Rüfət Ağayevin təqdimatında baş tutub. İştirakçılar tərəfindən təlimçiyə müxtəlif suallar ünvanlanıb, fikir mübadiləsi aparılıb və bütövlükdə aktiv iştirakçılıq təlimin əsas metodikası olub. Layihə çərçivəsində nəşr edilən dövlət qulluğuna qəbulla bağlı maarifləndirici toplu region gənclərinə paylanılıb.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Növbəti təlimlər noyabrın 29-u Lənkəran şəhərində və noyabrın 30-u Şamaxı rayonunda həyata keçiriləcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə hayata keçirilir. 

Son xəbərlər

Orphus sistemi