Bir qrup azərbaycanlı "Chevening" proqramı üzrə Britaniyada təhsil alacaq

Bir qrup azərbaycanlı "Chevening" proqramı üzrə Britaniyada təhsil alacaq Azərbaycan tələbələrindən ibarət növbəti qrup sentyabrda Chevening proqramı çərçivəsində Böyük Britaniyada təhsil almağa gedəcək.
Elm və təhsil
137
30 Avqust , 2019 22:10
Bir qrup azərbaycanlı Chevening proqramı üzrə Britaniyada təhsil alacaq

Azərbaycan tələbələrindən ibarət növbəti qrup sentyabrda "Chevening" proqramı çərçivəsində Böyük Britaniyada təhsil almağa gedəcək.

“Report” xəbər verir ki, bununla əlaqədar Britaniya səfirliyi bu gün proqram iştirakçılarına rəsmi sertifikatları təqdim edib.

2019-2020-ci illərdə "Chevening" proqramı ilə 9 azərbaycanlı tələbə Britaniyada təhsil alacaq.

"Chevening" təqaüdü Böyük Britaniya hökumətinin Xarici İşlər Nazirliyi və tərəfdaş təşkilatlar tərəfindən maliyyələşdirilən qlobal təqaüd proqramıdır. Təqaüd əsasən magistr dərəcəsi almaq üçün bir il müddətinə verilir.

"Chevening" proqramı Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. İndiyə qədər proqram çərçivəsində 170-dən çox azərbaycanlı Böyük Britaniyanın nüfuzlu universitetlərində təhsil alıb.

Son xəbərlər

Orphus sistemi