“Bir kəmər, bir yol” Alyansının baş katibinin müavini Azərbaycanda fəlsəfə doktoru olub

“Bir kəmər, bir yol” Alyansının baş katibinin müavini Azərbaycanda fəlsəfə doktoru olub “Bir kəmər, bir yol” Alyansının baş katibinin elm və texnologiyalar üzrə müavini Li Renying Azərbaycanda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Elm və təhsil
2 yanvar 2020 13:21
“Bir kəmər, bir yol” Alyansının baş katibinin müavini Azərbaycanda fəlsəfə doktoru olub

“Bir kəmər, bir yol” Alyansının baş katibinin elm və texnologiyalar üzrə müavini Li Renying Azərbaycanda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

"Report" xəbər verir ki, Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru diplomu Li Renyingə təqdim olunub.

Qeyd edək ki, Li Renying 1982-ci ildə Çinin Gansu əyalətinin Lunnan şəhərində anadan olub. O, 2004-cü ildə Gansu Hüquq-Siyasi Universitetini bitirib və elə həmin il Bakı Dövlət Universitetində (BDU) magistraturaya qəbul olub. 2006-cı ildən bu günə qədər BDU-nun Şərqşünaslıq fakültəsində müəllim işləyir və Çin dili və ədəbiyyatı fənnini tədris edir. 2008-ci ildən filologiya elmləri namizədidir.

Son xəbərlər

Orphus sistemi