​Bilik Fondu Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirib

​Bilik Fondu Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirib Tədbirlərə Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələr də qatılıb
Elm və təhsil
25 Fevral , 2016 21:31
​Bilik Fondu Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirib

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Əsrin faciəsi” mövzusunda tədbir keçirilib.

Bu barədə "Report"a fondun mətbuat xidmətindən bildirilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı erməni qəsbkarlarının vəhşiliklərindən danışıb. Xocalıda törədilən faciələrin heç vaxt yaddan çıxmayacağını diqqətə çatdıran akademik Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın ayrı-ayrı ölkələrində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Xocalıda yalnız azərbaycanlı olduqlarına görə soyqırıma məruz qalmış insanların acı taleyindən danışıb, Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin zəruriliyini diqqətə çatdırıb.

Mərasimdə Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Ali Neft Məktəbi, Qafqaz Universiteti, Dövlət Dillər Universiteti və Bakı Slavyan Universitetində təhsil alan xarici ölkələrdən olan tələbələr də iştirak ediblər.

Bilik Fondunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Şuşa Musiqili Dram Teatrının ifasında Xocalı həqiqətlərindən bəhs edən “Ağ qayıq” tamaşası təqdim edilib.

Son xəbərlər

Orphus sistemi