Bilik Fondu Tolerantlıq Günü ilə əlaqədər tədbirlərə start verib

Bilik Fondu Tolerantlıq Günü ilə əlaqədər tədbirlərə start verib Gündüz İsmayılov Bilik Fondunda ustad dərsi keçib və kitabını təqdim edib
Elm və təhsil
28 Oktyabr , 2016 19:23
Bilik Fondu Tolerantlıq Günü ilə əlaqədər tədbirlərə start verib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda ustad dərsi keçirilib və onun “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” kitabının təqdimatı olub.

Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, tədbirdə alimlər, Fondun əməkdaşları, Könüllülər Birliyinin üzvləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edərək 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə görüləcək maarifləndirici işlər barədə məlumat verib. Bildirib ki, Beynəlxalq Tolerantlıq günü ərəfəsində Fondun təşkilatçılığı ilə Bakıda və rayonlarda tanınmış alimlərin, mütəxəssislərin yerli əhali üçün silsilə mühazirələri planlaşdırılır.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” kitabı haqqında iştirakçılara əhatəli bilgi verib. Tolerantlığı ölkəmizin ideoloji, milli və ictimai təhlükəsizliyinin təminatı kimi qiymətləndirən natiq onun Azərbaycan xalqının genetik yaddaşında kök salmış dəyər olduğunu da vurğulayıb. G.İsmayılov Azərbaycan tolerantlığının Nic, Oğuz, Quba modelləri barədə geniş məlumat verib, hər bir azərbaycanlının ölkə ərazisindəki kilsələrə, məbədlərə, məscidlərə və sinaqoqlara eyni hörmətlə yanaşdığını diqqətə çatdırıb.

Sonra G.İsmayılov tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.  

Son xəbərlər

Orphus sistemi