Bilik Fondu ilə Azərbaycan Universiteti əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Bilik Fondu ilə Azərbaycan Universiteti əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Onlar birgə tədbirlər həyata keçirəcəklər
Elm və təhsil
20 Aprel , 2017 19:31
Bilik Fondu ilə Azərbaycan Universiteti əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, sənədi Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, tərəflər hər kəsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək, gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərmək məqsədi ilə birgə tədbirlər həyata keçirəcəklər.

İmzalanma mərasimində çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Azərbaycan Universitetinin müəllim, tələbə kontingenti rəhbərlik etdiyi qurumun əməkdaşları, fondun lektorlar qrupunun üzvləri ilə birgə layihələrə cəlb olunacaqlar.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva deyib ki, Bilik Fondu ölkə ictimaiyyətinin hərtərəfli inkişafı naminə universitetin elmi-texniki bazasına və insan kapitalının dəstəyinə tam arxalana bilər.

Son xəbərlər

Orphus sistemi