Biləsuvar rayonunda modul tipli məktəbin tikintisinə başlanılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Amankənd kəndində quraşdırılan 56 yerlik modul tipli ümumi orta məktəbdə işlər yekunlaşır.
Köhnə Əmənkənd adlanan və Amankənd kəndinin inzibati ərazisinə daxil olan bu yaşayış məntəqəsində 40 evdə 245 nəfər əhali yaşayır.
Qeyd edək ki, məktəb Azərbaycan Respublikası Prezidentinin 16 may 2022-ci il tarixli sərəncamına uyğun olaraq quraşdırılır.