Beynəlxalq rəqabətlilik proqramı çərçivəsində ikili diplom proqramlarının maliyyələşdirilməsi qaydaları təsdiqlənib

Beynəlxalq rəqabətlilik proqramı çərçivəsində ikili diplom proqramlarının maliyyələşdirilməsi qaydaları təsdiqlənib Nazirlər Kabineti 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydalarını təsdiq edib.
Elm və təhsil
21 Noyabr , 2019 01:43
Beynəlxalq rəqabətlilik proqramı çərçivəsində ikili diplom proqramlarının maliyyələşdirilməsi qaydaları təsdiqlənib

Nazirlər Kabineti "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları"nı təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Əli Əsədov imzalayıb.

Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın 6.1.9-cu və 6.1.15-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları" təsdiq olunub.  

Son xəbərlər

Orphus sistemi