Bakıda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş müsabiqə başlayıb

Bakıda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş müsabiqə başlayıb Şagirdlər işlərini sentyabrın 30-dək məktəbdə yaradılan komissiyaya təqdim etməlidirlər
Elm və təhsil
20 Sentyabr , 2017 15:03
Bakıda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş müsabiqə başlayıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə "Müəllimlərə arzularım" adlı müsabiqəyə başlanılıb.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, "Müəllimlərə olan arzularını yaradıcılığınla ifadə et!" devizi ilə keçirilən müsabiqə ilk təcrübə kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 165 nömrəli tam orta məktəbin şagirdləri arasında təşkil olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününün müəllim və məktəblilər arasında mənəvi bağlılığa xidmət etdiyini önə çəkmək, müəllim-şagird münasibətlərinin ifadə formalarını inkişaf etdirmək, məktəblilərin müəllimlərə olan arzularının foto, rəsm, inşa, esse, açıqca, məktub və digər müvafiq formalarda çatdırılmasını təmin etməkdən ibarətdir.

Şagirdlər işlərini sentyabrın 30-dək məktəbdə yaradılan komissiyaya təqdim etməlidirlər.

Müsabiqənin nəticələri oktyabrın 5-də açıqlanacaq və qaliblər mükafatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi