Beyində alkoqol istehlakına nəzarət edən nahiyə tapıldı

Beyində alkoqol istehlakına nəzarət edən nahiyə tapıldı ABŞ-ın Cənubi Karolina ştatında tibb fakültəsinin bir qrup tələbəsi yüksək alkoqol istehlakını tənzimləyən reseptorlar haqqında araşdırma aparıblar.
Elm və təhsil
529
20 Aprel , 2020 17:17
Beyində alkoqol istehlakına nəzarət edən nahiyə tapıldı

ABŞ-ın Cənubi Karolina ştatında tibb fakültəsinin bir qrup tələbəsi yüksək alkoqol istehlakını tənzimləyən reseptorlar haqqında araşdırma aparıblar.

“Report” “Science Daily”ə istinadən xəbər verir ki, araşdırmanın nəticəsinə görə, beyindəki motivasiya və hisslərlə bağlı sahədə stress siqnalları ötürən sistemə təsir etməklə alkoqol istehlakını tənzimləmək mümkündür.

Belə ki, beyində stress zamanı siqnallar ötürən KORs reseptorunu deaktiv etməklə alkoqola olan ehtiyacı azaltmaq olar.

Qeyd edək ki, aşırı alkoqol istehlakı dedikdə alkoqolizmlə mübarizə sahəsində qəbul olunmuş normaya görə, iki saat ərzində alkoqoldan zəhərlənmə həddində istehlak nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi