Bəxtiyar Əliyev: "Bu gün təhsil müəssisələrinin bir çox laboratoriyalarında ən sadə cihazlar belə yoxdur"

Bəxtiyar Əliyev: "Bu gün təhsil müəssisələrinin bir çox laboratoriyalarında ən sadə cihazlar belə yoxdur" "Elmi araşdırmalarla bağlı müəyyən problemlərimiz var"
Elm və təhsil
18 Sentyabr , 2017 12:03
Bəxtiyar Əliyev: Bu gün təhsil müəssisələrinin bir çox laboratoriyalarında ən sadə cihazlar belə yoxdur

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Bu gün ölkədə aparılan elmi araşdırmalara kifayət qədər maliyyə vəsaiti ayrılmasa, onda gələcəkdə yüksək ixtisaslı kadr əldə edə bilməyəcəyik”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev komitənin iclasında deyib.

O bildirib ki, doktorantların elmi araşdırmaları aparması büdcədən maliyyələşmir: “Dövlət sifarişli tələbələr hansı ali məktəblərə daxil olursa, mülkiyyət formasından asılı olmayaraq, maliyyə xərcləri həmin məktəblərə ödənilir. Amma elmi araşdırmalarla bağlı müəyyən problemlərimiz var. Təhsil müəssisələrində doktorantların elmi araşdırmaları ilə bağlı, laboratoriyalarda elmi tədqiqat işlərinin görülməsi üçün ayrıca maliyyə vəsaiti yoxdur”.

Deputat vurğulayıb ki, yüksəkixtisaslı elmi kadrların hazırlanması yüksək vəsait tələb edir: “Keyfiyyət üçün yaxsı vəsait qoyulmalıdır ki, nəticə yaxşı olsun. Əlbəttə, bunun üçün Prezident yanında Elmin İnkişafı Fondu var. Lakin onun da illik büdcəsi təxminən 5 milyon manatdır. AMEA və ali təhsil sistemində bu məsələlərə baxılmalı, ya da ali təhsil sistemində ya ixtisarlaşma, ya da qrant layihələrinin verilməsi istiqamətində yeni qanun layihəsinin qəbuluna ehtiyac var”.

“Bu gün istər bakalavr, istər magistratura pilləsində bir çox laboratoriyalarda ən sadə cihazlar belə yoxdur ki, gələcək mütəxəssislər həmin cihazlar vasitəsi ilə yeni biliklərə yiyələnə bilsinlər. Xaricdən müasir tibbi avadanlıqlar gətirilsə də, onunla işləyə bilən mütəxəssis demək olar ki, yoxdur. Bu da təhsil və elm müəssisələrində ciddi problem olaraq qalır. Ona görə də mövcud problemin həlli üçün elmi müəssisələrlə birlikdə müzakirə aparmalıyıq” - deyə, B.Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi