Bərdədə aqrar innovasiya festivalı keçirilib

Bərdədə aqrar innovasiya festivalı keçirilib Bərdədə aqrar innovasiya festivalı keçirilir. "Report"-un Qarabağ Bürosunun verdiyi xəbərə görə, Bərdə Peşə Təhsili Liseyinin həyətində keçirilən festivalda kənd təsərrüfatı və elm və təhsil nazirliyinin birgə təşkilatçılığıyla təşkil edilib. Kənd təsə
Elm və təhsil
11 İyul , 2023 15:40
Bərdədə aqrar innovasiya festivalı keçirilib

Bu gün Bərdə rayonunda Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə 17-ci Aqrar İnnovasiyalar Festivalı keçirilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, tədbir yerli Peşə Liseyində baş tutub.

Jurnalistlərə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, bugünkü festival əvvəlki 16 festivaldan çox fərqlənir: "Burada 1200-dən çox fermer, 300-dən çox peşə liseyi tələbəsi iştirak edir".

Onun sözlərinə görə, fermerlərin bu cür festivallara marağı getdikcə artır: "Çünki məhsul istehsalçıları olan fermerlərimiz təsərrüfat sahələrinin becərilməsində istifadə olunan texnologiyalarla bağlı suallarına ətraflı cavab alırlar".

"Festivalın əsas üstünlüklərindən biri də odur ki, fermer və sahibkarların maliyyə resurslarına əlçatanlığını təmin etmək məqsədilə bir sıra dövlət qurumları ilə əlaqələrin qurulması da burda təmin olunur. Həm banklar, həm də digər kredit təşkilatları vasitəsilə fermer aqrar kredit almaq üçün, vaxt itirmədən müraciətini edir, bu imkandan yararlanır. O cümlədən istehsalçı kənd təsərrüfatında tətbiq edilən innovativ yeniliklər barədə məlumat almaqla yanaşı, öz fərdi sahəsində də bu texnoloji üstünlüklərdən (dronlar, sertifikatlı toxumlar, tinglər, peraparatlar) istifadə etmək imkanı qazanır", - deyə o əlavə edib.

***

Bərdədə aqrar innovasiya festivalı keçirilir.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdə Peşə Təhsili Liseyinin həyətində baş tutan tədbir kənd təsərrüfatı, elm və təhsil nazirliyinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Festivalda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, təhsil naziri Emin Əmrullayev, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin rəhbərləri və 1000-ə yaxın fermer iştirak edir.

Son xəbərlər

Orphus sistemi