BDU: Tələbələrin vəziyyəti normaldır, onlar oxumaq üçün kitab istəyiblər

BDU: Tələbələrin vəziyyəti normaldır, onlar oxumaq üçün kitab istəyiblər Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır.
Elm və təhsil
141
22 Noyabr , 2019 11:24
BDU: Tələbələrin vəziyyəti normaldır, onlar oxumaq üçün kitab istəyiblər

"Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır".

"Report"un xəbərinə görə, bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın yaydığı açıqlamada deyilib.

O bildirib ki, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar: "Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər. Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".

Son xəbərlər

Orphus sistemi