BDU-nun əsaslı təmir olunan tələbə yataqxanasının açılışı olub

BDU-nun əsaslı təmir olunan tələbə yataqxanasının açılışı olub Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunan tələbə yataqxanasının açılışı olub.
Elm və təhsil
29 Yanvar , 2021 19:58
BDU-nun əsaslı təmir olunan tələbə yataqxanasının açılışı olub

Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunan tələbə yataqxanasının açılışı olub.

"Report" xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində məlumat verib.

Nazir bildirib ki, beşmərtəbəli yataqxana binasında 220 nəfər tələbə üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, yataqxananın ümumi sahəsi 5100 kvadratmetrdir. Müasir standartlara cavab verən yataqxanada 104 standart yataq otağı ilə yanaşı, 2 qonaq otağı, oxu zalı, yeməkxana, camaşırxana, istirahət guşəsi, tibb otağı, idman avadanlığı quraşdırılmış sahə var.

Son xəbərlər

Orphus sistemi