Bakı. 1 sentyabr. REPORT.AZ/ Yeni tədris ilində Bakı Dövlət Universitetində Yükəsk Texnologiyalar Mərkəzinin təməlinin qoyulması, eləcə də Dillər Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulub.
Bu barədə "Report"a BDU-nun mətbuat və informasiya şöbəsindən bildirilib.
Qeyd edək ki, BDU-nun 17 fakültəsində 21 mindən çox tələbə Azərbaycan, rus və ingilis dillərində təhsil alır. Ali təhsil ocağında ümumilikdə 14 xarici dil tədris olunur.