BDU-nun Vətən müharibəsində iştirak edən tələbələri təhsil xərcindən azad olunub

BDU-nun Vətən müharibəsində iştirak edən tələbələri təhsil xərcindən azad olunub Bakı Dövlət Universiteti (BDU) Vətən müharibəsində iştirak etmiş tələbələrinin əlavə qruplar üzrə təhsil xərclərini qarşılayacaq.
Elm və təhsil
14 fevral 2022 10:26
BDU-nun Vətən müharibəsində iştirak edən tələbələri təhsil xərcindən azad olunub

Bakı Dövlət Universiteti (BDU) Vətən müharibəsində iştirak etmiş tələbələrinin əlavə qruplar üzrə təhsil xərclərini qarşılayacaq.

"Report" xəbər verir ki, bu barədə BDU-nun Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

Rektor Elçin Babayev qeyd edib ki, indiyədək Vətən müharibəsi qaziləri ilə bağlı bir neçə mühüm qərar qəbul olunub. Vətən müharibəsində iştirak etmiş BDU tələbələrinin təhsil problemləri diqqətlə təhlil edilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm iş aparılır.

BDU Elmi Şurasının 2021-ci il 3 fevral tarixli iclasının qərarı ilə Vətən müharibəsi iştirakçısı olmuş altqruplarda təhsil alan tələbələrin ödənişləri təhsil müəssisəsinin büdcəsindən ödənilir. Həmçinin müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərini həll etmək üçün qanunvericiliyə uyğun bütün şərait yaradılır.

Son xəbərlər

Orphus sistemi