BDU-da görkəmli kimyaçı alim Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

BDU-da görkəmli kimyaçı alim Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib Konfrans iki gün davam edəcək
Elm və təhsil
16 Noyabr , 2017 13:47
BDU-da görkəmli kimyaçı alim Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib
Report/ Firi Salim

Bakı. 16 noyabr. REPORT.AZ/ Bakı Dövlət Universitetində (BDU) görkəmli kimyaçı alim, kimya elmləri doktoru, əməkdar elm xadimi Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan "Koordinasion Birləşmələr kimyası: analitik kimyanın aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

"Report" xəbər verir ki, BDU-nun rektoru Abel Məhərrəmov R.Əliyevanın böyük kimyaçı alim olmaqla yanaşı, Azərbaycanın analitik kimya sahəsində ilk qadın akademiki, bir çox elmi yeniliklərin müəllifi kimi tarixə düşdüyünü bildirib.

Onun sözlərinə görə, yarım əsrdən artıq elmi və pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub: "Rəfiqə Əliyeva 2 monoqrafiya, 33 dərslik və dərs vəsaitinin, 20 patentin və 520-dən çox məqalənin müəllifidir".

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin dekanı Valeriy Vasilyeviç Lunin və digər xarici qonaqlar alimin yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etdiyini diqqətə çatdırıblar.

Plenar məruzələr dinləndikdən sonra bölmələr üzrə iclaslar başlayıb. İclasda və 5 bölmədə 11 ölkədən gələn iştirakçılar 182 elmi məruzə təqdim edəcəklər.

Qeyd edək ki, konfrans iki gün davam edəcək. 

Son xəbərlər

Orphus sistemi