BANM və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

BANM və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb Bakı Ali Neft Məktəbi (BANM) və Estoniyanın Tallinn Texnologiya Universiteti arasında Əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Elm və təhsil
938
27 Noyabr , 2020 10:54
BANM və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

Bakı Ali Neft Məktəbi (BANM) və Estoniyanın Tallinn Texnologiya Universiteti arasında Əməkdaşlıq haqqında müqavilə imzalanıb.

BANM-dən "Report"a bildirilib ki, müqaviləni rektor Elmar Qasımov, Tallinn Texnologiya Universitetinin Akademik məsələlər üzrə prorektoru Hendrik Voll və İnformasiya-Kommunikasiya Texnologiyaları Məktəbinin dekanı prof. Gert Jervan imzalayıb.

Müqavilə hər iki ali təhsil müəssisəsinin tədqiqat və təhsil, tədris proqramlarının hazırlanması üzrə konsultasiyaların keçirilməsini, “Erasmus+" və “Horizon” beynəlxalq proqramları çərçivəsində tələbə və əməkdaşların mübadiləsini, Yay/Qış məktəblərində iştirakı, TalTech-in konsepsiyası əsasında Kiber Təhlükəsizlik Mərkəzinin təsis olunması üzrə məsləhətləşmələrin aparılmasını, informasiya texnologiyaları üzrə tədqiqat sahəsində əməkdaşlıq kimi məsələləri əhatə edir.

Əməkdaşlıq müqaviləsi 3 (üç) il ərzində etibarlı olacaq.







Son xəbərlər

Orphus sistemi