BANM tələbəsinin “Qarabağ incisi” videoçarx layihəsi başa çatıb

BANM tələbəsinin “Qarabağ incisi” videoçarx layihəsi başa çatıb Qalib komandanın üzvlərinə dəyərli hədiyyələr və fərqlənmə diplomu təqdim olunub
Elm və təhsil
5 Yanvar , 2017 12:34
BANM tələbəsinin “Qarabağ incisi” videoçarx layihəsi başa çatıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə V kursda təhsil alan tələbəsi Ruslan Hacıyevin “Qarabağ İncisi” videoçarx müsabiqəsi layihəsi Prezident yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub və layihənin icrası uğurla başa çatıb.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Layihənin əsas məqsədi gənclərin Qarabağ mədəniyyətini öyrənməsi və bu istiqamətdə videoçarxlar hazırlayaraq daha çox gəncin maariflənməsinə şərait yaratmaqdır. Layihə çərçivəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr peşəkar təlimçilərin dəstəyi ilə Qarabağın adət-ənənələri, tarixi abidələri, mədəniyyətini öyrəniblər, bu istiqametdə fikir mübadiləsi aparıblar. İştirakçılar kamandalara ayrılıb və hər bir kamandaya Qarabağ mədəniyyətini əks etirən videoçarx hazırlaması üçün 1 həftə vaxt verilib.

Layihənin sonunda bu videoçarxların izlənilməsi və qiymətləndirilməsi həyata keçirilib. Qalib komandanın üzvlərinə dəyərli hədiyyələr və fərqlənmə diplomu təqdim olunub.

Xatırladaq ki, layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyilə həyata keçirilib.