BANM tələbələri prezidentə məktub yazıb

BANM tələbələri prezidentə məktub yazıb Tələbələr məktubda Prezident təqaüdünə layiq görülmələri ilə bağlı da Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.
Elm və təhsil
16 Dekabr , 2020 11:29
BANM tələbələri prezidentə məktub yazıb

Bakı Ali Neft Məktəbinin Prezident təqaüdünə layiq görülmüş 22 tələbəsi Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə məktub ünvanlayaraq, Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması münasibəti ilə Ali Baş Komandana təşəkkürlərini bildiriblər.

BANM-dən "Report"a verilən məlumata görə, minnətdarlıq məktubunda 30 il davam edən işğala son qoyulmasında Ali Baş Komandanın yüksək idarəçiliyi və böyük sərkərdəlik məharəti ilə idarə olunan Silahlı Qüvvələrin doğma torpaqlar uğrunda böyük fədakarlıq, əzm və qəhrəmanlıq nümayiş etdirdiyi vurğulanıb:

“44 gün davam edən müharibədə beynəlxalq səviyyədə bəyan etdiyiniz “Qarabağ Azərbaycandır!” sözləriniz xalqımızın haqq, ədalət uğrunda savaşının simvolu olaraq milli birliyimizi, bütövlüyümüzü və həmrəyliyimizi daha da gücləndirdi. Ali Baş Komandan kimi Siz bütün bu uğurlarınızla dünyada güclü, qüvvətli, yenilməz və mətin Azərbaycan obrazı yaratdınız”.

Tələbələr məktubda Prezident təqaüdünə layiq görülmələri ilə bağlı da Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar:

“Biz Vətən Müharibəsinin davam etdiyi günlərdə Sizin imzaladığınız Sərəncamla Prezident təqaüdünə layiq görülmüş tələbə-gənclər olaraq Sizin intellektual əsgərlərinizik”.

Tələbələr intellektual əsgərlər kimi Ali Baş Komandanın əmrini gözlədiklərini və onun bütün tapşırıqlarını canla-başla icra etməyə hazır olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi