BANM rektoru dərsə gecikən tələbələrə zəngli saat hədiyyə edib

BANM rektoru dərsə gecikən tələbələrə zəngli saat hədiyyə edib Bakı. 16 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Məktəbin tələbələrinin müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.
Elm və təhsil
16 Fevral , 2018 20:23
BANM rektoru dərsə gecikən tələbələrə zəngli saat hədiyyə edib

Bakı. 16 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Məktəbin tələbələrinin müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.

"Report" xəbər verir ki, rektor iki tələbəyə - Famil Babayev və Abusupan Adıyevə dərslərə ən çox gecikən tələbələr olduqları üçün zəngli saat hədiyyə edib.

E.Qasımov bu zəngli saatlarla tələbələrin bir də heç vaxt dərslərə gecikməyəcəyinə inandığını bildirib.

Son xəbərlər

Orphus sistemi