​BANM mediada ən çox adı hallanan ali məktəblər arasında birinci yerə çıxıb

​BANM mediada ən çox adı hallanan ali məktəblər arasında birinci yerə çıxıb Hesabat iyulun 1-dən 31-dək olan məlumatlar əsasında müəyyənləşib
Elm və təhsil
5 Avqust , 2016 11:38
​BANM mediada ən çox adı hallanan ali məktəblər arasında birinci yerə çıxıb

Bakı. 5 avqust. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) Media Consulting & Services (MC&S) media monitorinq qrupunun iyulun 1-dən 31-dək olan məlumatların hesabatına əsasən, mediada ən çox adı hallanan qurumların içərisindən seçilərək ali məktəblər arasında birinci yerə çıxıb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, şirkətin media monitorinq qrupu 10 televiziya, 55 çap və 400 onlayn media daxil olmaqla 465-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, hotelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və sair sahələrin media monitorinqini aparır. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Beləliklə, aparıcı 5 sektor üzrə mediada ən çox adı hallanan qurumlar müəyyən olunub.

Məlumatların sayına görə, ali məktəblər arasında BANM (1514 məlumat) irəlidədir.

Son xəbərlər

Orphus sistemi