BANM-in tələbəsi “Oikos" təşkilatının tədbirində iştirak edib

BANM-in tələbəsi “Oikos" təşkilatının tədbirində iştirak edib Tədbirə “Oikos Baku” da daxil olmaqla dünyanın 42 fərqli şəhərindən 100-ə yaxın “Oikos” üzvləri qatılıb
Elm və təhsil
938
30 Oktyabr , 2017 10:29
BANM-in tələbəsi “Oikos təşkilatının tədbirində iştirak edib
BANM

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Orxan Əlizadə dayanaqlı inkişaf konsepsiyasını irəli sürən beynəlxalq tələbə təşkilatı “Oikos”un keçirdiyi tədbirə qatılmaq üçün İsveçrəyə səfər edib. 

Ali Məktəbdən "Report"a verilən məlumata görə, təşkilatın 30-cu ildönümü ilə əlaqədar olaraq keçirilən toplantı İsveçrənin Sankt - Qallen şəhərində dörd gün davam edib. 

Tədbirə “Oikos Baku” da daxil olmaqla dünyanın 42 fərqli şəhərindən 100-ə yaxın “Oikos” üzvləri qatılıb.

Azərbaycandan tədbirdə “Oikos Baku”nun prezidenti Nurlan Cahangirli başda olmaqla bir neçə əməkdaşı, həmçinin BANM-in 4-cü kursunda Kimya Mühəndisliyi üzrə təhsil alan tələbəsi, “Oikos Baku”nun İnsan resursları şöbəsinin layihələr üzrə mütəxəssisi və “Program Developer” olaraq çalışan Orxan Əlizadə iştirak edib.

Onun sözlərinə görə, tədbir hər il keçirilən “Oikos FutureLab” və “Oikos Conference” ilə yadda qalıb: "FutureLab sadəcə gələcək haqqda fikirlərin səsləndiyi bir yığıncaq deyil, gələcəyin düzgün və ağıllı şəkildə qurulması üçün irəli sürülmüş təşəbbüslərin dizayn edildiyi labaratoriyadır. “FutureLab 2017” dayanıqlı inkişafın mövcud sahələrdə tətbiqi ilə bağlı iştirakçılara interaktiv seminarlar keçirib və bu mövzuda təcrübəli ekspertlər öz təqdimatlarını paylaşıblar. “Oikos Conference”də isə “Dayanıqlı investisiya” mövzusu yüksək spikerlər tərəfindən təhlil olunub, onlar bu istiqamətdə atıla biləcək addımlar barədə öz təcrübələrini bölüşüblər".

Qeyd edək ki “Oikos” təşkilatı dünyanın 21-dən çox ölkəsində dayanıqlı inkişaf konsepsiyasını irəli sürən beynəlxalq tələbə təşkilatıdır. Birliyin bütün dünya üzrə 5000 tələbə və gənci əhatə edən professional komandası var.