BANM-in rektoru EURAS-ın təhsil sammitində iştirak edib

BANM-in rektoru EURAS-ın təhsil sammitində iştirak edib Bakı. 2 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilən Avrasiya Beynəlxalq Ali Təhsil sammitində iştirak edib.
Elm və təhsil
2 Mart , 2018 10:10
BANM-in rektoru EURAS-ın təhsil sammitində iştirak edib
BANM

Bakı. 2 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilən Avrasiya Beynəlxalq Ali Təhsil sammitində iştirak edib.

Bu barədə "Report"a BANM-dən məlumat verilib.

Sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.

Rektor səfər zamanı həmçinin EURAS-ın prezidenti, İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydınla görüşüb, EURAS-a üzv olan ali təhsil müəssisələri ilə BANM arasında tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində müzakirə edib.

E.Qasımov sammit çərçivəsində təşkil edilən sərgidə iştirakı zamanı Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) beynəlxalq əlaqələr üzrə nümayəndəsi İbrahim Yorqunla da görüşərək BANM və ODTÜ arasında yeni ixtisaslar üzrə birgə proqramın həyata keçirilməsi ilə bağlı da danışıqlar aparıb.

Türkiyədə olarkən “Erasmus+ proqramı”, “Kurikulumların beynəlmiləlləşməsi”, “Ali təhsilin maliyyələşdirilməsi və keyfiyyətin təminatı üzrə Avropa perspektivləri” mövzusunda panellərdə iştirak edən rektor E.Qasımov həmçinin Ərəb Universitetlər Assosiasiyasının rəhbəri Sultan Abu-Orabi və sektorun digər qurumlarının rəhbər nümayəndələri ilə görüşüb. 

Son xəbərlər

Orphus sistemi