BANM-in nigeriyalı tələbələrinin ifasında “Sarı gəlin” oxunub - VİDEO

BANM-in nigeriyalı tələbələrinin ifasında “Sarı gəlin” oxunub - VİDEO Bakı Ali Neft Məktəbinin (BANM) nigeriyalı tələblələri Azərbaycanın xalq mahnısı, əfsanəvi “Sarı gəlin”i ifa ediblər.
Elm və təhsil
26 Dekabr , 2019 12:23
BANM-in nigeriyalı tələbələrinin ifasında “Sarı gəlin” oxunub - VİDEO

Bakı Ali Neft Məktəbinin (BANM) nigeriyalı tələblələri Azərbaycanın xalq mahnısı, əfsanəvi “Sarı gəlin”i ifa ediblər. 

Bu barədə “Report”a Ali Məktəbdən məlumat verilib.

Ötən gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ali Məktəbdə təşkil olunan tədbirdə Neft-qaz mühəndisliyi ixtisasının 2-ci kurs tələbələri İnyama Somtoçukvu Çidinma, Ezinne Ezuma Cessika, eyni zamanda, Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri Hüseynli Günel, Əsgərzadə Nilufər xalq mahnısını tamaşaçılar qarşısında təqdim ediblər.

Əcnəbi tələbələr 3 gün ərzində mahnını Azərbaycan dilində ifa etməyi öyəniblər. Onlar BANM-də təhsil aldıqları müddətdə Azərbaycan dili və tarixi ilə yaxından maraqlandıqlarını, ölkəmizin milli mənəvi dəyələrinin onlarda yüksək təəssürrat yaratdığını qeyd ediblər.

“Sarı gəlin” mahnısının sözləri və musiqisi çox gözəldir. Eyni zamanda, bu xalq mahnısının hekayəsi də olduqca maraqlıdır. Ümumiyyətlə, Azərbaycanın zəngin tarixi, milli musiqisi, milli rəqsləri var. Biz də bunları sevə-sevə öyrənirik”,- İ.Çidinma bildirib. 

Son xəbərlər

Orphus sistemi